Qarabağ Azadlıq Təşkilatı (QAT) Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair son açıqlaması ilə bağlı bəyanat verib.
QAT-dan Teleqraf.com-a daxil olan bəyanatda deyilir: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığını deməklə, həmçinin Dağlıq Qarabağdakı qondarma rejimin yekun statusu məsələsini qabartmaqla çox böyük yanlışlığa yol verib. Bu açıqlama Rusiyanın işğalçı və imperialist niyyətlərini, iğalçı Ermənistanı birmənalı şəkildə dəstəklədiyini bir daha nümayiş etdirir. Ona görə də Rusiya prezidenti bu məsələyə aydınlıq gətirməlidir, öz məmurunun fikrini təsdiq və ya təkzib etməlidir”.
QAT bildirir ki, əgər təsdiq edərsə, o zaman Rusiyanın Minsk qrupunda vasitəçiliyinə dərhal xitam verilməlidir: “Azərbaycan Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır. Əks halda biz Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyalarına başlayacağıq”.
Səxavət