23 Aprel 2014 12:04
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən daha100 nəfərinə “Naz-Lifan” markalı minik avtomobili təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, təkcə son 3 həftədə minik avtomobili ilə təmin olunan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin sayı 300 nəfərə çatıb.

İndiyədək 4106 nəfər əlilliyi olan şəxsə minik avtomobilləri verilib.

Nazirlik bildirir ki, 1 yanvar 2014-cü il tarixədək növbəyə durmuş şəxslərin siyahı üzrə pulsuz xüsusi avtonəqliyyatla təmin edilməsi bundan sonra da davam etdiriləcək. May ayının sonuna kimi daha 375 nəfər əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təmin olunması planlaşdırılır.

Naibə


Müəllif:

Oxşar xəbərlər