18 Yanvar 2017 23:27
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Siz jurnalistlər yağış başlayan kimi elə kiçik gölməçəni görüb deyirsiz ki, Bakını tamamilə su basıb. Yaxşı oldu ki, Zabratın subasmasını görmədiz, amma mən gördüm".

Teleqraf.com xəbər verir ki, bu sözləri "ATV Xəbər"ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

H.Abutalıbov jurnalistlərin suallarına öz məsləhətləri ilə cavab verib:

"Amma bilin, fövqəladə hadisə vaxtı fövqəladə hadisə baş verər. Ona görə də bizə 2-3 gün vaxt verin. Amma siz kiçicik bir gölməçəni görüb, deyirsiniz ki, Bakını tamamilə su basıb. Yaxşı oldu ki, Zabratın su basmasını görmədiniz. Amma mən gördüm. Getmişdik oraya. Sadəcə arxı qazdıq, gölə ötürdük. Onunla da Zabratda su məsələsi qurtardı. Sadəcə olaraq insanlarımız, əsasən də jurnalistlərimiz yaxşı olardı ki, öz işlərindən beş dəqiqəliyə ayrılıb o arxı açardı. Nə olardı?!



Müəllif:

Oxşar xəbərlər