“2016-cı ildə paytaxtın ümumi təhsil məktəblərində 26 məktəb direktor, 5 direktor müavini və 5 müəllim vəzifədən azad edilib”.
Bu barədə Terleqraf.com-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.
İdarədən bildirilib ki, ötən ildə isə BŞTİ-nin tabeliyindəki 19 təhsil müəssisəsinin rəhbəri ilə bağlanmış əmək müqaviləsi ləğv edilib. Müqavilələrinin ləğv olunması əsasən, çalışmanın yaş həddinə çatma, təlim-təbiyə prosesinin təşkili ilə əlaqədar müxtəlif istiqamətlər üzrə aparılan araşdırmalar və nəzarət tədbirləri nəticəsində aşkar olunmuş faktlar, şəxsin öz xahişi, vəfat etmə və vəzifə funksiyalarının yerinə yetirilməməsi səbəbləri ilə bağlıdır.
İlhamə ƏBÜLFƏT