Yanvar 27-də Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Şirvan şəhərində Şirvan, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, qəbul zamanı 40-dan çox vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Müraciətlər əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, biomüxtəliflik, bioresurslar, ətraf mühitin monitorinqi və sair məsələlərlə bağlı olub.
Nazir qəbula yazılmış vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
İlhamə ƏBÜLFƏT