Ufa-Bakı aviareysi Ufa şəhərindəki hava şəraiti ilə əlaqədar təxirə salınıb. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Məlumata görə, təyyarə bu gün Bakı vaxtilə saat 20:55-də gəlməli idi.
Bundan başqa bu gün saat 23:20-də uçmalı olan Bakı-Ufa reysi də təxirə salınıb.
Hava limanından bildirilib ki, reyslər yanvarın 28-ə təyin olunub. “Ufadan təyyarənin uçuşu Bakı vaxtilə saat 13:15-ə, Bakı-Ufa reysinin vaxtı isə 16:55-ə planlaşdırılıb”.
Ümumilikdə Bakıdakı güclü külək və yağıntılar aeroportun işinə təsir etməyib, hava limanı adi rejimdə fəaliyyətini davam etdirir.