28 Yanvar 2017 13:58
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmənin sədri Ramiz Rzayev yanvarın 27-də Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmə ilinin açılmasına həsr olunmuş təntənəli tədbirində və “Məcburi repatriasiyadan imtina beynəlxalq hüququn prinsipi kimi və onun tətbiqində ədalət mühakiməsinin rolu” mövzusunda keçirilən iclasda iştirak edib.

Ali Məhkəmənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə məruzələr ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

İclasda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Quido Raymondi il ərzində baxılan və baxışda olan işlərin dinamikası, məhkəmədə aparılan islahatların nəticələri barədə məlumat verib, ötən il baxılan işlərdən ən mühüm olanlarını qeyd edib. Bildirib ki, son iki illə müqayisədə 2016-cı ildə Avropa Məhkəməsinə daxil olan işlərin sayında artım müşahidə edilib.

Beynəlxalq Cinayət Məhkəməsinin sədri Silviya Aleksandra Fernandes da Qurmendi çıxışında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin insan hüquqlarının müdafiəsində xüsusi rolundan və hər iki məhkəmə arasında əməkdaşlıqdan danışıb. O, eyni zamanda, son illər qeyri-dövlət subyektləri tərəfindən kütləvi cinayətlərin törədilməsinin artdığını bildirib.

İclasın sonunda yüksək məhkəmələrin şəbəkəsi barədə məlumat verilib.

Ali Məhkəmənin sədri həmkarları ilə görüşlərdə bir sıra məsələlərə dair fikir mübadiləsi aparıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər