30 Yanvar 2017 14:44
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar”ı təsdiq edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Əmrə əsasən, orta ixtisas təhsil müəssisələrinin rəhbərləri “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar”ı işdə rəhbər tutacaqlar.

Əmrə görə, Təhsil Nazirliyinin 07. 08. 1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələblər sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə” qüvvədən düşmüş hesab edilib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər