Fəqərəarası disklərin degenerativ xəstəlikləri (o cümlədən, fəqərəarası disk yırtığı) artıq əməliyyat olunmadan uğurla müalicə olunur.
Teleqraf.com-un məlumatına görə, hormonal pozuntular, astma, allergiyalar, psoriaz, artroz, qırmızı qurd eşənəyi, trofiki və diabetik xoralar, o cümlədən, başlanmış qanqrena artıq bioloji təbabət üsulları ilə müalicəsi mümkün olan xəstəliklər sırasına daxildir.
Azərbaycanda bəzi klinikalar sırf olaraq bioloji təbabətin ən yeni və effektiv üsullarını özündə birləşdirir. Dünyanın bir çox ölkələrində ixtisaslaşmış bioloji təbabət həkimləri akademik təbabətdə əldə etdikləri biliklərlə biotənzimləyici təbabətdə öyrəndikləri yenilikləri öz təcrübələrində birgə tətbiq etməklə daha böyük uğurlara imza atıblar.
Almaniya, İsveçrə, İtaliya, Belçika, Ukrayna, Rusiya kimi inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən “Paracelsus”, “Leben” , “Biomedicine Centre” və s. kimi bioloji təbəbət klinikalarında fəaliyyət göstərən,eyni zamanda, xroniki xəstəliklərin müalicəsində böyük uğurlar qazanmış mütəxəssislərin iştirakı ilə seminar və konfranslar təşkil olunur, təcrübə mübadiləsi aparılır.
Bununla yanaşı, bioloji təbabət üsulları ilə müalicə aparan həkimlər ildə bir neçə dəfə Almaniyada təkmilləşmə kursları keçir. Bu səbəbdəndir ki, onlar tibb aləmində və biotənzimləyici təbabət sahəsində olan ən son yeniliklərdən xəbərdardır və bunu uğurla öz xəstələrinə tətbiq etməkdədirlər.
Müalicəsi mümkünsüz hesab etdiyimiz bir çox xəstəliklər, orqanizmin daxili qüvvələrini səfərbər etməklə və biotənzimləmə yolu ilə, orqanizmə zərər vurmadan, öyrəşmə və kəsilmə sindromu vermədən, xəstəliyin birbaşa kökünə təsir etməklə aradan qaldırılır.
Bioloji təbabət xəstəlik aysberqinin təkcə görünən hissəsini məhv etmir, o həm də xəstəlik aysberqini bütövlükdə əridə biləcək gücə malikdir.