31 Yanvar 2017 13:44
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səyyar ASAN Xidmət 1-15 fevral Cəlilabad, Göygöl, Hacıqabul, Oğuz şəhərlərində, 1-10 fevral Bakı şəhərinin Yeni Suraxanı qəsəbəsində, 1-20 fevral Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, 1 fevral-1 mart Mingəçevir və Quba şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

ASAN Xidmətdən Teleqraf.com-a verilən məlumata görə, bundan başqa, Səyyar “ASAN qatar” 1 fevral tarixindən etibarən 15 gün müddətində Qazax şəhərində vətəndaşların xidmətində olacaq.

Səyyar xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.


Müəllif:

Oxşar xəbərlər