1 Fevral 2017 12:27
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Azərbaycan və Belarus arasında bir bloggerlə bağlı məsələ var. Azərbaycan tərəfi həmin bloggerin həbsi və Azərbaycana ekstradisiyası haqda təşəbbüslə çıxış etdi”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdə deputat Zahid Oruc Milli Məclisin 2017-ci il yaz sessiyasında qanunvericilik işləri planı haqda müzakirələr zamanı deyib. Deputat bildirib ki, çox yaxşı haldır ki, Belarus tərəfi bu təşəbbüsə müsbət cavab verdi: “Hesab edirəm ki, Azərbaycan tərəfi bunda haqlıdır. Azərbaycan bəyan edir ki, sərhəddi qanunsuz keçənlərlə bağlı ölçü götürməlidir. Erməni tərəfi isə iddia edir ki, bununla Azərbaycan işğal edilən ərazilərə səfər edənləri qorxudur. Bizdə ancaq XİN-in müvafiq qara siyahısı var və bundan başqa mexanizm yoxdur. Hesab edirəm ki, belə səfərləri Azərbaycan təşkil edə, viza verə bilər. Bu halda erməni tərəfi bu səfərə qarşı çıxacaq”.

Z.Oruc iclasda Qafqaz Universiteti ilə bağlı da məsələ qaldırıb: “Niyə Azərbaycanda ali təhsil haqqında qanun olmasın? Mənim hüququm var ki, aldığım təhsili davam etdirim. Əlbəttə, deyilə bilər ki, alternativ müəssisələr daha prestijlidir. Ancaq bu məsələni çözməyin yolu məhkəmədir. Bu baxımdan ali təhsil haqqında qanun əsas oynaya bilər”.

Deputat lobbiçilik fəaliyyətinin rəsmiləşdirilməsini də təklif edib: “Görürük ki, mütəşəkkil lobbi qurumları Azərbaycanı hədəf seçirlər. Deməli, biz özümüzü qorumalıyıq. ABŞ-ın təkcə bu sahəyə 2016-cı ildə ayırdığlı vəsait 32 milyarddan artıqdır. Mən hesab edirəm ki, Azərbaycan özünün xaricdəki maraqlarını qorumaq üçün dövlət büdcəsindən vəsait ayırmalıdır. Biz beynəlxalq maraqlarımızı qorumaq üçün qanun qəbul etməliyik”.

Cavad


Müəllif:

Oxşar xəbərlər