2 Fevral 2017 16:39
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışlarının tədris prosesinə təsirinin olub-olmayacağına aydınlıq gətirib.


Teleqraf.com xəbər verir ki, nazirin fikrincə, beynəlxalq idman yarışlarının keçirildiyi coğrafi məkanların yaxınlığında yerləşən təhsil müəssisələrində bu məsələyə baxıla bilər: “Hazırda bu istiqamətdə müəyyən işlər həyata keçirilir. Bu məsələlərdə biz çevik hərəkət edirik və həmin ali təhsil müəssisələrinin rəhbərlikləri ilə Təhsil Nazirliyi daimi əlaqə yaradır, müzakirələr aparır”.

Nazir beynəlxalq idman yarışlarında iştirak edəcək tələbə könüllülərə tədris və imtahan zamanı hər hansı güzəştlər ediləcəyi ilə bağlı səslənən fikirlərə də toxunub: “Könüllü təhsil təcrübəsi əslində təhsil təcrübəsinin bir hissəsdir. Düşünmürəm ki, tələbə könüllülərin imtahanlarda hər hansı bir güzəştə ehtiyacları olsun. Keçmişdə biz könüllülərlə bağlı belə müraciətlərlə rastlaşmamışıq. Bu məsələlər ali təhsil müəssisələri ilə birlikdə sivil qaydada həyata keçirilir. Analoji şəkildə ali təhsil müəssisələrində təcrübə mövcuddur. Birinci il deyil ki, ölkəmizdə beynəlxalq tədbirlər həyata keçirilir. Ali təhsil müəssisələrimizin və tələbələrimizin gücünə arxalanmalıyıq”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər