4 Fevral 2017 23:37
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkədə səhiyyə sahəsində reallaşdırılan islahatlar xüsusilə qeyd edilməlidir”. Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, əhalinin bilavasitə sağlamlığı ilə bağlı olan səhiyyə sahəsində yeniliklər istər bu sahədə qanunvericilik bazasının daha da möhkəmləndirilməsində, istərsə də müasir infrastrukturun qurulmasında və kadr hazırlığına diqqətin daha da artırılmasında öz əksini tapıb. Onun sözlərinə görə, səhiyyədə aparılan islahatlar bu sahədə vəziyyətin əsaslı şəkildə dəyişdirilməsinə, bütövlükdə əhalinin sağlamlığı ilə bağlı olan sistemin fəaliyyətinin daha səmərəli qurulmasının təmin edilməsinə yönəldilib:

“İslahatlar konsepsiyasında səhiyyənin qanunvericilik bazasının gücləndirilməsi, sistemin maliyyələşdirilməsinin və idarə olunmasının təkmilləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin fəaliyyətinin səmərələşdirilməsi, ilkin tibbi-sanitariya yardımının yaxşılaşdırılması, farmakologiya və təhsil sistemində islahatların aparılması, özəl sektorun inkişafı və digər istiqamətlərdə zəruri dəyişikliklərin aparılması nəzərdə tutulur. Bütün bu hədəflərə çatmaq üçün artıq bir sıra struktur və institusional islahatlar reallaşdırılıb və bu istiqamətlərdə işlər davam etdiriləcək. Səhiyyə sektorunda aparılan islahatlar çərçivəsində ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılması da böyük əhəmiyyət daşıyır. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar praktiki addımlar atılır. Bu sahədə uğurlu nəticələr əldə edəcəyimizə inanırıq”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər