Şirvanda 27 yaşlı gənc intihar edib. APA-nın yerli bürosunun xəbərinə görə, Şirvan şəhər sakini Tofiq İsmayılov küçəsi ev 11, mənzil 36-da yaşayan 1990-cı il təvəllüdlü Dadaşzadə Şəhriyar Rafiq oğlu mətbəxdə özünü asıb.
Onun meyiti gecə saatlarında qohumları tərəfindən aşkarlanıb. İntiharın səbəbi hələlik məlum deyil.
Hadisə Şirvan Şəhər Prokurorluğu tərəfindən araşdırılır.