6 Fevral 2017 16:35
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonu ərazisindəki Abay Kunanbayev küçəsində su kəmərində qəza baş verib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının Teleqraf.com verdiyi məlumata görə, bu ərazidə su xətti partlayıb.

Küçədə avtomobillərin gediş-gəlişi məhdudlaşdırılıb. Hazırda su kəmərində baş vermiş qəza aradan qaldırılır.

İlhamə ƏBÜLFƏT

FOTO: Elçin MURAD


Müəllif: