7 Fevral 2017 12:33
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan əhalisinin ümumi sayının 50,2 faizini təşkil edən qadınlar cəmiyyətin müxtəlif sahələrində çalışırlar. Azərbaycanın, demək olar ki, əksər rayonlarında icra hakimiyyəti başçılarının müavinləri qadınlardır.

Teleqraf.com-un məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Komitə sədri bildirib ki, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,2 faizə çatıb, sahibkarlar arasında isə qadınların iştirakçılığı 20 faizdir:

"Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə təsir edir. Belə ki, 2012-ci ildə 73 min 469 nəfər sahibkar qadın var idisə, 2016-cı ilin əvvəlinə bu rəqəm 113 min 889 nəfərə çatıb".


Müəllif:

Oxşar xəbərlər