Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım Azərbaycan Mətbuat Şurasında olub. Qonağı salamyan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum türk dünyasının media təşkilatları ilə sıx əlaqələrə malikdir. Qarşılıqlı əməkdaşlıq ortaq dəyərlərə malik xalqların və toplumların bir-birinə inteqrasiyasına dəstək baxımından mühüm əhəmiyyət daşımaqdadır. Ə.Amaşov həmçinin bildirib ki, Yunus Əmrə Fondu ortaq türk dəyərlərinin yaşadılması istiqamətində fəaliyyəti ilə seçilən qurumlardandır. Sevindirici haldır ki, belə bir təşkilatın Bakıda da özəyi var. Mətbuat Şurası onunla əməkdaşlıqda maraqlıdır.
Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım bildirib ki, Yunus Əmrə Fondunun vəqfi kimi fəaliyyət göstərən Bakı Yunus Əmrə İnstitutu 2009-cu ildə yaradılıb. Ötən müddət ərzində institut türk dili və mənədiyyətinin təbliği istiqamətində layihələr və təşəbbüslər reallaşdırıb. İ.Yıldırım onu da diqqətə çatdırıb ki, institut media ilə qarşılıqlı əlaqələrə böyük önəm verir. Mətbuat Şurası ilə təmasların da bu baxımdan əhəmiyyətli olacağına inanır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, perspektiv əməkdaşlığın konkret tərəflərinin müəyyənləşdirilməsi razılığına gəlinib.
Səxavət