7 Fevral 2017 21:10
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri Nəsimi və Yasamal rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, abonentlərin təbii qaza olan təlabatının təmin edilməsi məqsədi ilə, diametri 325 mm-lik orta təzyiqli qaz xəttində aşkar edilmiş qaz sızmasının ləğv edilməsi ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədar sabah saat 09:30 dan 18:00-dək Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər yaranacaq.

Aparılan işlərin Binəqədi rayonu Biləcəri qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.


Müəllif:

Oxşar xəbərlər