8 Fevral 2017 13:52
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası son dərəcə mühüm hadisədir. Fikrimi bir neçə cəhətdən izah etmək istərdim. Əvvəla onu deyim ki, Lapşinin ekstradisiyası Ramil Səfərovun Azərbaycana ekstradisiyası qədər önəmlidir. Hər iki halda Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti öz prinsipial və qətiyyətli mövqeyini bəyan etməyi bacarıb”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, ikinci məqam ondan ibarətdir ki, Lapşin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinə əks-təbliğat xətti seçib, ölkəmizin qanunlarına məhəl qoymayıb: “Üç ölkənin vətəndaşı olan belə bir adamın məhz Azərbaycanda mühakimə olunması eyni yolu tutmaq istəyənlər üçün yaxşı dərsdir. Axı biz zaman-zaman lapşinləri, ona oxşar nələrisə az görməmişik”.

Ə.Amaşov qeyd edib ki, A.Lapşin məsələsi söz və ifadə azadlıqlarından separatçılığın təbliği naminə “bəhrələnmənin” bariz nümunəsidir: “Onun fəaliyyətinin belə ali dəyərlərə heç bir aidiyyatı yoxdur. Düşünürəm ki, bu şəxsin Azərbaycanın timsalında məhz separatçılıqdan əziyyət çəkən bir ölkədə mühakiməsi də az-az rast gəlinən hadisələrdəndir. Nəhayət düşünürəm ki, Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinə tam həssaslıqla yanaşdığının, bu istiqamətdəki hər hansı diskomfortu aradan qaldırmaq əzminin, iradəsinin, barışmazlığının, qətiyyət və prinsipiallığının dünyaya növbəti nümayişidir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər