8 Fevral 2017 17:43
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev "VPS Healthcare" şirkətinin (BƏƏ) direktoru Şəmşir Vayalilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, görüşdə Ş.Mustafayev Azərbaycanın investisiya və biznes mühiti, əczaçılıq sənayesinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib.

"VPS Healthcare" şirkətinin fəaliyyəti barədə məlumat verən Ş.Vayalil Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu və burada əczaçılıq sənayesinin inkişafı üçün böyük imkanların olduğunu bildirib.

Sonra "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "VPS Healthcare" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə Azərbaycanda beynəlxalq standartlara uyğun birgə dərman istehsalının təşkili üzrə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, səhiyyə sahəsində dünyada tanınmış şirkətlərdən olan "VPS Healthcare"nin 20 ixtisaslaşmış klinikası, BƏƏ ilə yanaşı, Səudiyyə Ərəbistanı, Oman, Qətər və Hindistanda 13 brenddə xəstəxana və sağlamlıq mərkəzləri, Dubayda "Life Pharma" əczaçılıq zavodu, Hindistanda stomatologiya kolleci və s. fəaliyyət göstərir. "Life Pharma" dərman zavodunun məhsulları Asiya, Avropa, Şimali və Cənubi Amerikaya ixrac olunur. Şirkətin daha bir əczaçılıq zavodu Əbu-Dabidə tikilir.


Müəllif:

Oxşar xəbərlər