8 Fevral 2017 21:25
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzi elektron kütləvi informasiya vasitələrində “Neft Daşları"nda çalışan işçilərin daşınması ilə bağlı yanlış məlumatlar yayımlanmaqdadır. Həmin KİV tərəfindən işçilərimizin həyatının təhlükədə olması iddiası tam əsassızdır və yanlış məlumat yaymaqla əhalini, xüsusilə işçilərin ailə üzvlərini təşvişə salmaq cəhdi kimi qiymətləndirilməlidir".

Bu barədə Teleqraf.com-a SOCAR-dan daxil olan məlumatda bildirilir.

Məlumatda bildirilib ki, “Neft Daşları"nda vəziyyət tam sabitdir, işçilərin həyatı üçün heç bir təhlükə olmayıb: "Əksinə, tufanlı havada gəmilərin yan alması üçün təhlükə olmasın deyə təhlükəsizlik qaydaları əsasında buna müvəqqəti məhdudiyyət qoyulur. İşçilərin gəmilərə minməsi üçün uyğun hava şəraiti bərpa olunan kimi gəmi körpüyə yan alır. Gəmilərin neft özüllərinə yan alması ilə bağlı qoyulan bu məhdudiyyət bütün neftçilərə məlum olan adi prosedurdur, hansı ki, işçilərin təhlükəsizliyinin təmin olunması üçün zəruridir".

"SOCAR olaraq, həmkarlarımızı ən mühüm sərmayə və ən yüksək dəyər kimi daim nəzərdə tutur, hazırda onların təhlükəsizliyinin daha da gücləndirilməsi üçün kompleks tədbirlər planı həyata keçiririk. İşçilərimizin təhlükəsizliyinin mümkün olan ən yüksək səviyyədə təmin olunması şərti ilə onların iş şəraitinin daha da rahat və səmərəli təşkil olunması üçün son illərdə görülən tədbirlər gələcəkdə də davam etdiriləcək", - məlumatda qeyd edilib.


Müəllif:

Oxşar xəbərlər