“2017-ci ilin əvvəlindən Respublika ərazisində 1050-dən çox təkan qeydə alınıb”.
Teleqraf.com xəbər verir ki, bunu AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, baş verən təkanlar zəif olub: “Azərbaycan seysmoloji ərazidə yerləşir. İl ərzində Azərbaycan və onunla həmsərhəd ərazilərdə 9000-dən artıq zəlzələ olur. 2015-ci illə müqayisədə ötən ildə baş verən zəlzələlər zəif olub.
Mərkəzin direktoru qeyd edib ki, Azərbaycanda hələlik elə bir güclü və təhlükəli zəlzələ gözlənilmir.