10 Fevral 2017 12:59
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisində “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimat mərasimi keçirilib. Teleqraf.com xəbər verir ki, tədbir Milli Məclisin İnsan hüquqları komitəsi tərəfindən təşkil edilib.

Tədbirdə Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev, Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və digər şəxslər iştirak edib.

Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, Ermənitanın Azərbaycana qarşı siyasəti bəllidir: “Ermənilər torpaqlarımızı işğal edib, mədənəiyyət abidələrini dağıdıb, xeyli sayda insan məcburi köçkün olub. Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışmışıq, amma təəssüflər olsun ki, istədiyimiz nəticəni əldə etməmişik. Azərbaycan torpaqları hələ də işğal altındadır”.

B.Muradova deyib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq lazımdır: “Heydər Əliyev bu məsələdə mühüm işlər görüb. Ermənilər hələ də cinayət məsuliyyətindən yayınırlar. Bilirsiz ki, 10 ölkə Xocalı soyqırımını tanıyıb, ABŞ-ın bir neçə ştatı müvafiq qərarlar çıxarıb. BMT-nin Təhlükəsizlik Şurası bununla bağlı qətnamə qəbul edib. Amma bu qətnamənin tələblərinə əməl etmirlər. Əgər ermənilərin Azərbaycana etdikləri ilə bağlı obyektiv münasibət olsaydı, bu məsələ həllini tapmış olardı. Ermənistanın havadarları bu işdə qeyri-obyektiv münasibət sərgiləyir. Hazırda “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsi hazırlanıb”.

Cavad


Müəllif:

Oxşar xəbərlər