14 Fevral 2017 09:14
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Teleqraf.com “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, Binəqədi rayonu ərazisində texniki baxış işləri aparılan zaman aşkar olunmuş qaz sızmalarının ləğvi, istismarı dayandırılmış qaz xətlərinin qaz təchizatı şəbəkəsindən ayrılması, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində və avadanlıqlarda nəzərdə tutulmuş təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 14 fevral 2017-cı il tarixdə saat 09:00-dan 17:00-dək Binəqədi rayonunun Sulutəpə, Çiçək yaşayış ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.


Müəllif:

Oxşar xəbərlər