Bakıda mənzildə baş verən yanğında körpə ölüb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kvadrat metr olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 1 ədəd divan və 4 kvadrat metr sahədə lambirdən ibarət tavan yanıb.
Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Cəfərov Cabbar Siyavuş oğlunun meyiti aşkar olunub. Bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
İlhamə ƏBÜLFƏT