16 Fevral 2017 18:42
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATU-nun Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat icra olunub.

Yeddi ay əvvəl Tacikistanın paytaxtı Düşənbə şəhərində iranlı cərrah tərəfindən böyrək köçürülən xəstənin halı pisləşib.

Teleqraf.com xəbər verir ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edən xəstənin yarası irinləyib.

Digər tərəfdən, ona həm də şəkərli diabetə tutulduğu deyilib. Müayinə nəticəsində xəstəyə düzgün diaqnoz qoyulmadığı aydınlaşıb.

Kompüter tomoqrafiyası zamanı dosent Rasim Bayramov xəstənin qarnında irinlik və yaddan çıxmış yad cisim aşkarlayıb. Xəstə dərhal professor Mübariz Əliyev tərəfindən əməliyyata alınıb. Əməliyyat uğurlu olub.
Hazırda xəstənin vəziyyəti stabilləşib.

İlhamə ƏBÜLFƏT


Müəllif: