17 Fevral 2017 12:59
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Dağlıq Qarabağ münaqişəsi və məcburi köçkünlər haqqında çəkilən "Uzun yollar" sənədli filminin təqdimatı olub.

Teleqraf.com xəbər verir ki, film Humanitar Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi layihə çərçivəsində hazırlanıb.

Filmin ssenari müəllifi HTİB sədri Əvəz Həsənov, rejissoru jurnalist Eldəniz Elgündür.

Əvəz Həsənov bildirib ki, "Uzun yollar" Azərbaycanda öz torpaqlarından qovulmuş və ömrünün 20 ilindən çoxunu münaqişənin təsirlərində yaşayan, taleyinə məcburi köçkünlük yazılmış insanlara həsr olunur: "90-cı illərdə işğala məruz qalan ölkənin vətəndaşlarının keçdiyi çətinlikləri göstərən filmin əsas qəhrəmanları Şuşa, Kəlbəcər, Laçın, Agdam rayonlarından olan məcburi köçkünlərdir. Yeddi real qəhrəmanı tapmaq üçün çox axtarışlar aparmalı olduq. Sadə insanların hər birinin fərqli tarixçiləri var".

O bildirib ki, film iki variantda hazırlanıb. Azərbaycan dilində 46, ingilis dilində 20 dəqiqədir: "Beynəlxalq auditoriyaya təqdim edə biləcəyimiz bir film çəkmək istəyirdik. Sevinirik ki belə bir filmi ərsəyə gətirə bildik".

Filmin rejissoru Eldəniz Elgün yaradıcı vətənpərvərlikdə, pafosdan kənar ekran əsəri yaratmaq istədiklərini söyləyib. Filmin çəkilişləri Bakı, Ağdam, Bərdə, Tər-tər və Gəncə şəhərlərində aparılıb.

Milli QHT forumunun prezidenti Rauf Zeyni filmin yaradıcı heyətini təbrik edib: "Yüz tədbirdənsə bir film daha məqsədə uyğundur. Belə filmlərimizin sayı çox olmalıdır".

"Uzun yollar" filmi fevralın 23 də Londonda nümayiş olunacaq.

Nərmin


Müəllif:

Oxşar xəbərlər