Bakıda 3 saylı Şəhər Klinik Xəstəxanasında ölüm hadisəsi baş verib.
Məlumata görə, ölən şəxs Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində qeydiyyata olub.
Məsələ ilə bağlı Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserinə baş həkimi Həsənağa Rəsulov Teleqraf.com-a açıqlama verib.
Onun sözlərinə görə, ölən şəxs ötən gecə dispanserə gətirilib: “1957-ci il təvəllüdlü Vilayət Hacıyev ağır vəziyyətdə xəstəxanaya gətirilmişdi. Gördük, vəziyyəti daha da ağırlaşır, onu 3 saylı Şəhər Klinik Xəstəxanasında göndərdik. Reanimasiya yerləşdirildi. Daha sonra məlumat verildi ki, həkimlərin səylərinə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb”.
Baş həkim deyir ki, vəfat edən şəxs heç vaxt Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində qeydiyyatda olmayıb: “Bizim xəstəxanaya ilk dəfə dünən gətirilib. Dispanserdə heç vaxt qeydiyyatda olmayıb. Ağır xroniki psixi xəstə kimi digər xəstəxanaların birində yatılı müalicə alıb”.
Qeyd edək ki, Vilayət Hacıyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
İlhamə ƏBÜLFƏT