18 Fevral 2017 13:27
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 nömrəli şəhərdaxili marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, dəyişikliyə əsasən, son dayanacaq məntəqəsi Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi yox, metronun "Neftçilər" stansiyası ətrafı müəyyən edilib.

1 nömrəli marşrut üzrə avtobuslar şəhər mərkəzindən gələrkən Heydər Əliyev prospekti ilə hərəkət edərək Mikayıl Əliyev küçəsindəki dairədən, eləcə də Mehdi Abbasov və Azər Manafov küçələrindən keçməklə Qara Qarayev prospektinə daxil olaraq “Dakar” meydanınadək hərəkət edəcək.

Məqsəd Qara Qarayev prospekti və ətraf ərazilərdə yaşayan sakinlərin şəhər mərkəzinə rahat gediş-gəlişini təmin etməkdir.

1 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 18 fevral tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər