Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş barelyefin açılışı olub.
Teleqraf.com xəbər verir ki, açılış mərasimində millət vəkilləri, universitetin professor-müəllim heyəti, terror qurbanlarının yaxınları iştirak edib.
Terror qurbanlarının xatirəsini daim əziz tutulduğunu deyən ADNSU-nun rektoru, professor Mustafa Babanlı bununla faciədə həlak olanların valideynlərinin az da olsa təsəlli tapdığına inandığını bildirib.
Barelyefin hazırlanmasında böyük xidməti olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov bütün ölkəni sarsıdan bir faciənin qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin çox mübət hal olduğunu vurğulayıb.
Millət vəkili Məlahət İbrahimqızı abidənin bütövlükdə terrora məruz qalmış azərbaycanlıların simvolu adlandırıb.
30 aprel terror qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin təqdirəlayiq hal olduğunu deyən deputat Hüseynbala Mirələmov bu cür halların bir daha baş verməyəcəyinə inandığını qeyd edib.
Daha sonra 30 aprel terror qurbanlarının valideynləri çıxış ediblər.
Nərgiz