20 Fevral 2017 14:23
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

İğdırda içərisində azərbaycanlıların olduğu iki avtobusun toqquşması nəticəsində ölənlərin sayı 8-ə çatıb.

Məlumatlara görə, qəza zamanı 28 nəfər yaralanıb. Ölənlərdən 2-si avtobusların sürücüləridir.

Qəzadan sonra magistral yolda hərəkət dayandırılıb.

Saat 13:03

Xəbər verdiyimiz kimi, İğdır-Naxçıvan magistral yolunda iki avtobus toqquşub.

Yayılan məlumatlara görə, avtobuslardan biri Naxçvandan İğdır, digəri isə İstanbuldan Naxçıvan istiqamətində hərəkət edirmiş. Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığında baş verən hadisə zamanı 7 nəfər həlak olub, 16 nəfər yaralanıb. Qəza ilə bağlı İğdır valisi Ahmet Turqay Alpman hadisə yerinə gedib.

Alpman hər iki avtobusun sərnişinlərinin əksəriyyətinin azərbaycanlı olduğunu və araşdırmadan sonra onların şəxsiyyətinin açıqlanacağını bildirib.

Saat 12:25

Türkiyənin İğdır bölgəsində dəhşətli avtobus qəzası baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İğdır-Naxçıvan magistral yolunda iki avtobus toqquşub.

Hadisə zamanı ilkin məlumatlara görə, 6 nəfər həlak olub, 20 nəfər yaralanıb. Qəzanın təfərrüatı məlum deyil.

Samir


Müəllif: