20 Fevral 2017 16:37
1 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ana 12 yaşlı qızını küçəyə atıb”.

Bu barədə Teleqraf.com-a Azərbaycan Uşaqlar Birliyinin sədr müavini Vasif Akifli məlumat verib.

Onun sözlərinə görə, ötən il yanvar ayının 25-də şəraiti olmadığı üçün ana övladı ilə Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə müraciət edib: “Onlar mərkəzdə reablitasiya keçdilər. Həmin vaxt ananın şəxsiyyət vəsiqəsinin müddəti bitmişdi, qızın isə doğum haqqında şəadətnaməsi itmişdi.

12 yaşlı qız Yevlax rayonunda qeydiyyatda idi. Rəsmi məktub əsasında özümün də iştirakımla doğum haqqında şəadətnamə aldıq. Anasına isə Ağdaş rayonundan şəxsiyyət vəsiqəsi ala bildik. İki ay burada reablitasiya prosesi keçdilər. Qızın psixolojı vəziyyəti yerində deyildi. Biz onlara diqqət göstərdik və reabitasiya müddəti bitəndən sonra ana sığınacaqdan getmək istədiyini bildirdi. Uşaq onun qəyyumluğunda olduğu üçün onu da özü ilə apardı”.

Vasif Akiflinin sölzərinə görə, Mərkəzdən çıxandan ana 12 yaşlı qızını yenidən küçəyə atıb: “Mən onu küçədə gördüm, polislə məlumat verdim, daha sonra sığınacağa gətirdim.

Qız deyir ki, anasına yalvarsa da, heç bir faydası olmayıb. Qızın 12 yaşı var, amma anası onun təhsil almasına heç bir şərait yaratmayıb. Uşağın dediyinə görə, o, küçəyə atılmaqla yanaşı daim zorakılığa məruz qalıb. Anası onu ağacla döyürmüş, ac saxlayırmış”.

Vasif Akifli deyir ki, uşaq yenidən reablitasiya prosesinə cəlb edilib: “Uşağın psixoloji durumu normal deyil. Psixoloqlarımız daimi onunla danışır, yadım edirlər. Çalışırıq ki, vəziyyəti düzəlsin.

Uşağı küçəyə atmaq onun həyatını birbaşa təhlükəyə atmaq deməkdir. Qız pis insanların əlinə düşə bilərdi. Valideynin bu qədər məsuliyyətsiz olması insanı narahat edir. Ana bu qədər qəddar ola bilərmi?

Əksər hallarda biz övladını atan ataları qınayırıq, amma faktdır ki, bu gün bunu edən analar da var. Məncə bu ictimai qınağa çevrilməlidir ki, digər bu cür analar bu addımdan yayınsınlar”

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər