21 Fevral 2017 12:10
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Fələstin xalqına dəstək” mövzusunda VI beynəlxalq konfransda iştirak etmək üçün İranın paytaxtı Tehrana gedib. QAT-dan Teleqraf.com-a verilən məlumata görə, konfransın fevralın 21-22-də keçiriləcəyi nəzərdə tutulur.

İran parlamentinin təşkilatçılığı ilə keçirilən konfransda dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan ictimai-siyasi xadimlərin, deputatların, ekspertlərin iştirak edəcəyi gözlənilir. QAT sədri bildirib ki, konfransda Fələstin xalqının azadlıq mübarizəsinə ictimai dəstək nümayiş etdirəcək:

“Azərbaycan fələstinlilərin haqq işinə dövlət və cəmiyyət səviyyəsində həmişə dəstək verib. Biz həmçinin konfrans iştirakçılarına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatdıracaq, Ermənistanın işğalçı hərəkətlərini ifşa edən məlumatları yayacağıq. Biz İslam dünyasından Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqq işinə konkret və praktiki dəstək gözləyirik”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər