22 Fevral 2017 10:47
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbul imtahanlarında müsabiqə şərtlərini keçə bilməyən abituriyentlərə tələbə olmaq şansı yaradılır.

Teleqraf.com-un məlumatın agörə, Təhsil Nazirliyi bununla bağlı Nazirlər Kabinetinə təkliflər göndərib.

Hazırlıq fakultələrinə qəbul ali təhsil müəssisələrinə tələbə qəbulunun yekun nəticələri elan olunduqdan sonra müəyyən olunmuş ixtisaslar üzrə boş qalan yerlərə həyata keçirilə bilər. Bu isə abituriyentlərin qəbul imtahanlarında əldə etdikləri nəticələrə əsasən, yeni müsabiqə şərtləri ilə olacaq.

Hazırlıq fakultələrində bir il təhsil almaq 1-ci kursa qəbul üçün əsasdır.

Hazırlıq fakultələrində oxuyan bütün abituriyentlərin hamısını 1-ci kursa qəbul edilməsi real görünmür. Güman edilir ki, hazırlıq fakultələrini bitirənlərin tədris göstəriciləri nəzərə alınacaq.

Nazirliyin sektor müdiri Cəsarət Valehovun sözlərinə görə, burda məqsəd müsabiqə şərtlərini keçə bilməyən abituriyentlərə ali təhsil almaq imkanları yaratmaqdır.

Müsabiqədənkənar qəbulun şərtləri və dəqiq detallar Nazirlər Kabinetinin təklifləri təsdiq etdikdən sonra məlum olacaq. Təkliflər qəbul olunacağı təqdirdə, ali təhsil müəssisələrinə tələbə qəbulunda müvafiq dəyişikliklər aparılacaq.


Müəllif:

Oxşar xəbərlər