22 Fevral 2017 19:39
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Xarkov şəhərində Azərbaycan jurnalisti Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının təqdimatı çərçivəsində “Xocalı yaddaşlardan silinməyəcək” adlı tədbir keçirilib.

Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov çıxışı zamanı “Böyüməyən uşaqlar” kitabının özəlliyini diqqətə çatdırıb: "Kitabda Xocalı soyqırımı zamanı dəhşətli günlər yaşayan uşaqların xatirələri var. Onlar həmin vaxt uşaq olublar, indi böyüyüblər. Lakin 1992-ci ilin hadisələri həmin uşaqların beynində o qədər güclü və unudlmaz xatirələr buraxıb ki... Bu kitabda uşaqların ürək döyüntülərinin səsini eşitmək olur".

Tədbirdə Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Azərbaycanın Ukraynadakı səfirliyinin müaşviri Elman Bağırov, Xarkov Universitetinin professorları, “Dostluq” cəmiyyətinin İdarə Heyətinin üzvləri, tələbələr iştirak ediblər.

Sonda tədbir iştirakçılarına “Böyüməyən uşaqlar” kitabı təqdim olunub.

Qeyd edək ki, "Böyüməyən uşaqlar" kitabı “Xocalıya ədalət” kampaniyası çərçivəsində QHT Şurasının dəstəyi ilə bir neçə dildə çap olunub.

Kitabın yaxın zamanlarda rus, fransız və erməni dillərində də çap olunması gözlənilir.

Kitab Xocalı soyqırımı faciəsi zamanı hər iki valideynini itirən 25 uşağın acı həyat hekayəsindən bəhs edir.


Müəllif:

Oxşar xəbərlər