22 Fevral 2017 20:25
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftqaztikinti” trestinin elektrik montyoru yıxılaraq dünyasını dəyişib.

Teleqraf.com SOCAR-ın saytına istinadən xəbər verir ki, bu gün 16.00 radələrində “Neftqaztikinti” trestinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru Ramil Vahid oglu Yusifov Neft Daşlarında 31 saylı elektrik paylayıcı qurğudan yataqxananın “B” korpusuna kabel xəttinin çəkilişi zamanı kabel körpüsündən yıxılıb, aldığı xəsarətdən keçinib.

Onun meyiti helikopter vasitəsilə sahilə yola salınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.


Müəllif: