24 Fevral 2017 12:38
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağın işğalı zamanı azərbaycanlılara qarşı ermənilər tərəfindən saysız cinayətlər işlənilib”.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin iclasında çıxış edən vitse-spiker Ziyafət Əsgərov belə deyib.

Z.Əsgərov qeyd edib ki, bir neçə saat ərzində silahlı ermənilər və 366-cı motoatıcı alayın əsgərləri Xocalı şəhərini yerlə-yeksan edərək, 613 nəfər azərbaycanlını amansızcasına qətlə yetirdilər: “Şəhərdən qaçan əliyalın insanlara amansız divan tutuldu. Bədənlərinin əzaları kəsildi, başlarının dəriləri soyuldu. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da bu amansızlığı yerinə yetirən silahlı birləşmələrdən birinə komandanlıq edirdi”.

Vitse-spiker qeyd edib ki, ermənilər bununla Azərbaycanda siyasi xaos və çaşqınlıq yaradıb, Dağlıq Qarabağın işğalını sürüətləndirmək istəyirdilər: “Azərbaycana qarşı bu kimi siyasət son 200 ildə bir neçə mərhələdə aparılıb. Çar Rusiyası bölgədə öz dayaqlarını möhkəmlətmək üçün İran və Osmanlı ərazilərdində yaşayan erməniləri işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirdi. Ümumilikdə ayrı-ayrı mərhələlərdə bu ölkələrdən Azərbaycana 1 milyondan çox erməni köçürüldü. Bu, Çar Rusiyasının imperiya maraqlarına xidmət edirdi. Azərbaycan ərazilərində möhkəmlənən ermənilər torpaqlarımızı işğal edərək, öz şovinist, separatçı məqsədlərini həyata keçirməyə başladılar. Bu niyyətlə də ayrı-ayrı tarixlərdə Gəncə, Bakı, Quba və digər şəhər, kəndlərdə azərbaycanlılara qarşı soyqırım həyata keçirdilər. Ermənilər azərbaycanlılarla yanaşı yəhudiləri də soyqırıma məruz qoydular. Amma Sovet dönəmində ermənilər cəzasız qaldılar”.

Vitse-spiker əlavə edib ki, Azərbaycan dövləti Xocalı soyqrımını bütün dünyaya tanıtmaq yolunu tutub: “Artıq bir daha Xocalı soyqrımı kimi halların baş verməməsi üçün Azərbaycan mühüm tədbirlər həyata keçirib. Bu gün Azərbaycan Ordusunun büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Ötən ilin aprelində düşmənə ciddi zərbə vurulub. Ancaq biz sülh imkanlarının tükənmədiyini düşünürük. BMT-nin 4 qətnaməsində işğal edilən ərazilərimizdən silahlı ermənilərin dərhal tərk edilməsi tələbi qoyulur. Bu sənədlər münaqişənin həlli prosesinin əsasını təşkil edir”.

Cavad


Müəllif:

Oxşar xəbərlər