27 Fevral 2017 12:15
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Ordusu qüdrətlidir, öz sözünü deməyə qadirdir. Ordumuz müasir silahlarla təchiz edilib və istənilən döyüş əməliyyatlarını həyata keçirməyə qadirdir. Bunu tam səmimi və birmənalı deyirəm”.

Bunu ehtiyatda olan hərbçi Şəmistan Əlizamanlı son zamanlar cəbhədə bölgəsində baş verən döyüşləri şərh edərkən Teleqraf.com-a deyib.

O bildirib ki, Azərbaycan Ordusuna böyük ümidlə baxır: “Əmr olarsa, ordumuz bir neçə gün ərzində Qarabağı azad etməyə hazırdır. Orduda əhval-ruhiyyə çox yüksəkdir. Mən aprel döyüşləri zamanı cəbhədə oldum. Ehtiyatda olan bir qrup zabitlərlə Müdafiə Nazirliyinin və Səfərbərlik Xidmətinin təşəbbüsü ilə aprel döyüşlərində iştirak edən əsgərlərlə görüşdük, konsert təşkil etdik. Əhval-ruhiyyə həddən artıq yüksəkdir. Odur ki, xalqımız narahat olmasın, əksinə, əmin olsun ki, ordumuz istənilən döyüş əməliyyatını uğurla yerinə yetirməyə qadirdir”.

Şəmistan Əlizamanlı eyni zamanda cəbhədə baş verən son hadisələrə Müdafiə Nazirliyi tərəfindən vəziyyətin açıqlanmasından sonra qiymət verməyin tərəfdarı olduğunu bildirib.

Cavad


Müəllif:

Oxşar xəbərlər