27 Fevral 2017 18:45
287

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin “Bakutel 2016” sərgisi çərçivəsində təşkil etdiyi mini-futbol çempionatının qalibləri- Nicat Qapançızadə, İsmayıl İsmayılzadə və Anar Məmmədov 10-13 fevral 2017-ci il tarixləri arasında Mançesterə səfər ediblər.

Səfər zamanı klub rəsmiləri tərəfindən qonaqlar üçün Mançester Yunayted-Vatford oyununu izləmək, Old Trafford stadionuna turda iştirak etmək və klubun muzeyini ziyarət edərək onun tarixi ilə tanış olmaq imkanı yaradılıb.

Qaliblər səfərlə bağlı fikirlərini belə ifadə ediblər:

İsmayıl İsmayılzadə: “Səfərim çox fərqli və maraqlı keçdi. Yeni bir təcrübə oldu mənim üçün. Səfər ərzində yeni yerlər, yeni insanlarla tanış oldum və maraqlı xatirələrlə geri qayıtdım. Old Trafford stadionu isə həqiqətən möhtəşəmdir. Onun xəyallar teatrı olmasının canlı şahidi oldum və bu hissləri bir daha yaşamaq istərdim. Bu fürsəti mənim üçün yaratdığına görə Bakcell şirkətinə təşəkkürümü bildirirəm”.

Nicat Qapançızadə:“Mançesterə səfər zamanı yaşadığım unudulmaz hissləri sözlə ifadə etməyə çətinlik çəkirəm. Həqiqətən çox maraqlı və fərqli keçdi. “Bakcell”ə xüsusi təşəkkürümü bildirirəm”.

Anar Məmmədov: “Yadda qalan və əsrarəngiz bir səyahət oldu. Çox maraqlı keçdi. Bu səfərin təşkilində əməyi olan bütün əməkdaşlara təşəkkür edirəm. Çox sağ ol, Bakcell!”

Qeyd edək ki, Azərbaycanın futbol üzrə milli komandasının sponsoru və “Mançester Yunayted” futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım partnyoru olan Bakcell şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə tərəfdaşlıq çərçivəsində ölkədə futbolun inkişafı, təbliği və kütləviliyi məqsədilə icra edilən müxtəlif layihələri dəstəkləyir.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


Müəllif: