Bakı şəhər Narkoloji Dispanserin baş həkimi Hüseyn Həsənovun saxta arayış müqabilində 3190 manat rüşvət aldığı məlum olub. Keçirilən əməliyyatla baş həkim tutulub.
Məsələ ilə bağlı professor, tibb üzrə ekspert Adil Qeybulla Teleqraf.com-a danışıb.
Onun sözlərinə görə, bu cür hadisə Səhiyyə sistemində yolverilməzdir: “Bir var xəstəyə göstərilən tibbi xidmət müqabilində ödəniş eldə etmək, bir də var arayış satmaq. Bu, yolverilməzdir. Bu cür adamlar cəzalanmalıdır. İcbari tibbi sığortanın tətbiq olunması, xəstələrin pulsuz müayinəsi də vacibdir. Başqa cür bu məsələlər aradan qaldırıla bilməz”.
Adil Qeybulla qeyd edib ki, səhiyyə sahəsində şəffaflaşdırmanı dünya təcrübəsindən faydalanmaqla əldə etmək olar.
İlhamə ƏBÜLFƏT