2 Mart 2017 10:45
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanın xarici işlər nazirinin müavini Jolt Çutora martın 16-da Bakıya gələcək.

Diplomatik mənbələrdən "Report"a verilən məlumata görə, o, Azərbaycanda Macarıstan Mədəniyyəti Günləri çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək.

Qeyd edək ki, Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotskinin daha əvvəl "Report"a müsahibəsində söylədiyi kimi, səfirlik Heydər Əliyev Fondu və Macarıstan Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq şəklində martın 16-17-də Azərbaycanda Macarıstan Mədəniyyəti Günləri çərçivəsində bir sıra mədəni və elmi tədbirlər təşkil edəcək. Mədəniyyəti günləri çərçivəsində kitab və film təqdimatları, moda nümayişi, incəsənət sərgisi, musiqi konsertləri, qastronomiya tədbirləri təşkil olunacaq.

Xatırladaq ki, Jolt Çutora 2010-2015-ci illərdə Macarıstanın Azərbaycandakı səfiri olub.


Müəllif:

Oxşar xəbərlər