2 Mart 2017 15:06
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ACT Azərbaycan” Bakı şəhərində sakinlərin ipotekaya hər ay nə qədər pul ödəməsi ilə bağlı sorğu aparıb.

Teleqraf.com xəbər verir ki, rəyi soruşulmuş paytaxt sakinlərinin cəmi 3 %-i ipoteka krediti ödədiyini deyib. Kredit ödəyən respondentlərin yarısı (49%-i) aylıq 401-600 AZN ödəniş etdiyini bildirib. Respondentlərin beşdə biri (21 %) ipotekanı ödəmək üçün aylıq 201-400 AZN-dən keçir. 17 % respondent isə maksimalist olmağı tərcih edib (801-1000 AZN arası). 601-800 AZN ödəniş edən respondentlər sorğuda sonuncu pillədə qərarlaşıblar (7 %).

Sorğu Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər