"İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində bərpa işlərini başlamaq barədə ölkə başçısının qərarı mühüm tarixi missiyanın başlanğıcıdır".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qrupları tələbələrinin hazırladığı “Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” adlı layihənin təqdimat mərasimində çıxışı zamanı Təhsil naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, bugünkü tədbir bu tarixi qayıdışın gələcək konturlarını müəyyən edən bir çağırışdır.
Təhsil naziri Mikayıl Cabbarov uzunmüddətli əməyin nəticəsi olan layihənin sadəcə peşəkar yanaşmanın deyil, həmçinin yetişən gəncliyin ölkəmizin taleyüklü məsələlərinə laqeyd yanaşmamasının, vətənpərvərlik və təəssübkeşliyinin bariz nümunəsi olduğunu bildirib: "Ötən ilin aprel döyüşləri düşmənlərimizə və dünya ictimaiyyətinə bir daha göstərdi ki, Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında hərbi yolla da öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir".
İlhamə