Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin bloger Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin qərarı elan edilib.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Məhkəməsini qərarı ilə Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, Nəsimi rayon polis idarəsinin rəisi Musayev Musa Oktay oğlu Mehman Hüseynovun CM-nin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
Hacı Zeynalov