Bu gün Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışı olub.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar.
Dövlət başçısı və Birinci vitse-prezident mərkəzin kollektivi ilə görüşüblər.