6 Mart 2017 13:50
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın kütləvi informasiya vasitələrində bu ölkənin müxtəlif şəhərlərində Xocalı soyqırımının 25-ci ildönümünün anılması ilə bağlı təşkil olunmuş tədbirlər barədə çoxsaylı xəbər, reportaj və məqalələr yer alıb.

Teleqraf.com-un xəbərinə görə, bu xüsusda Romada təqdim olunan “10 hekayə. Bunlar həqiqət ola bilərdi” ədəbi-musiqili tamaşa barədə veriliş və reportajlar “AB Channel - Sky 835” və “Retesole TG Lazio” televiziya kanallarında nümayiş olunmuşdur. Habelə bu tamaşa barədə “Agenpress”, “Radio Colonna”, “Piu Culture”, “Andradelab”, “Dazebaonews”, “Il Primato Nazionale”, “Maddaloneinews”, “Caserta Prima Pagina”, “Otto Pagine”, “Caserta Zon”, “Opinione Pubblica”, “Daily Cases”, “Radio Artista”, “Eurasia News” kimi xəbər portallarında məlumatlar dərc olunub.

Neapol şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan tədbir barədə “Canale 21” televiziya kanalında, “Terre di Campagna”, “Daily Cases”, “Il Denaro”, “Efetto Napoli” kimi xəbər protallarında məlumatlar yayımlanmışdır. Sicilyanın Kataniya şəhərində keçirilmiş tədbir isə “Globus Television” televiziya kanalının diqqətində olub.

Bununla yanaşı, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə “Agenparl” xəbər agentliyinə və “Globus Television” televiziyasına müsahibələr verib, Xocalı soyqırımının şahidi Dürdanə Ağayevanın məqaləsi “Daily Cases”, "Caratteri Liberi" və “Andradeleb” kimi portallarda, italyan jurnalistlər Domeniko Letizia, Romolo Martelloni və tədqiqatçı Daniel Pommierin məqalələri isə müvafiq olaraq “Opinione” qəzetində, “Notizie Geopolitiche” və “Media Periscope” portallarında dərc olunub.


Müəllif:

Oxşar xəbərlər