6 Mart 2017 15:53
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-ci il ərzində 2142 nəfər narkotik istifadəçisi qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanan hesabatda bildirilib.

Məlumata görə, ötən il 2142 nəfər narkotik istifadəçisi qeydə alınmaqla xəstələrin ümumi sayı 29448 nəfərə çatıb (Bakı şəhəri üzrə 11730 nəfər).

İstifadəçilər arasında 18 yaşa qədər 5 nəfər, 612-i qadın, 183 nəfəri toksikomanlardır, həmçinin ötən il ərzində qeydiyyata götürülənlərin 1567-i dispanser, 575-i profilaktik olub. 2016-cı ildə qeydiyyatdan çıxanların ümumi sayı 1249 (691-ı dispanser, 558-i profilaktik) nəfərdir.

İnyeksion narkotik istifadəçilərinin sayı 20576 nəfər təşkil edir. Onlardan 459 nəfəri qadındır. Əvvəlki illərdə olduğu kimi, İİV-infeksiyasının ölkədə yayılması əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotiklər istifadəçiləri hesabına baş verir.

Azərbaycan vətəndaşları arasında 2016-cı ildə aşkar olunan İİV-ə yoluxma halların 27,4 %-i, ümumilikdə isə 1992-01.01.2017-ci il tarixədək yoluxma halların 48,7%-i infeksion narkotik istifadəsi nəticəsində baş verib.

2015/2016-cı illər ərzində ölkə üzrə narkotiklərlə əlaqəli aşkar olunan faktlar və qanunsuz dövriyyədən götürülən narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları barədə müqayisəli cədvəl tərtib edilib. İl ərzində cinayət məsuliyyətinə 2607 nəfər cəlb olunub ki, onlardan 5 nəfəri 18 yaşadək, 176 nəfəri 18-25 yaşadək, 412 nəfəri 26-29 yaşadək, 2014 nəfəri 30 yaşdan yuxarı, 22 nəfəri fəhlə, 6 nəfəri qulluqçu və ya maddi məsul şəxs, 3 nəfəri təsərrüfat işçisi, 1 nəfəri ali məktəb tələbəsi, 2331 nəfəri işləməyən, 2570 nəfəri kişi, 37 nəfəri qadın, 907 nəfəri əvvəllər cinayət törətmiş, 21 nəfəri isə əvvəllər xüsusi qeydiyyatda olanlardır.

Məsuliyyətə cəlb olunmuş 34 nəfər xarici ölkə vətəndaşından 677 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəbilərin 18 nəfəri İran İslam Respublikası, 8 nə fəri Gürcüstan, 4 nəfəri Türkiyə, 1 nəfəri Qazaxıstan, 1 nəfəri Hindistan, 1 nə fəri Türkmənistan, 1 nəfəri Belarusiya vətəndaşı olub.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər