6 Mart 2017 19:17
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 8-12 mart tarixində keçiriləcək İTB Berlin Beynəlxalq Turizm Sərgisində iştirak etmək məqsədilə Almaniyanın Berlin şəhərində səfərdədir.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, martın 7-də sərginin açılış mərasimi, martın 8-də isə Azərbaycan stendinin açılışı baş tutacaq.

Səfər çərçivəsində Ə.Qarayev ilə Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai, Almaniya Bundestaqının deputatı, parlamentin Cənubi Qafqaz Dostluq Qrupunun sədri Karin Ştrens, İTB Berlin sərgisinin rəhbəri David Rüts və Bundestaqın Turizm Komitəsinin sədri Hayke Bremer arasında görüşlərin keçirilməsi nəzərdə tutulub.

Ə.Qarayevin həmçinin martın 8-də İTB Berlin sərgisi çərçivəsində keçiriləcək İpək Yolu ölkələrinin Turizm Nazirlərinin 7-ci görüşündə və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə bağlı tədbirdə iştirakı planlaşdırılır.


Müəllif:

Oxşar xəbərlər