“Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezident təyin edilməsi cəmiyyətin sosial sifarişi kimi qiymətləndirilir”.
Teleqraf.com xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov parlametin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
S.Novruzov bu təyinatı Yaxın Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən Azərbaycan dövlətinin müasir demokratiyasının bariz nümunəsi kimi dəyərləndirib: “Bu təyinat YAP üçün ikiqat sevincdir. Çünki 2013-cü ildə Mehriban Əliyeva hakim partiyanın sədr müavini seçilməsi ilə YAP-ın fəaliyyətinə yeni impuls verib”.
Nemət