7 Mart 2017 17:56
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatının (QAT) ofisində tanınmış özbək tarixçisi Şuxrat Barlasla görüş keçirilib.

QAT-dan Teleqraf.com-a verilən məlumata görə, təşkilatın rəhbəri Akif Nağı onun həyat, mübarizə yolu, elmi fəaliyyəti ilə bağlı məlumat verib. Sonra Ş.Barlas öz yaradıcılığından danışıb. O, Azərbaycana, Özbəkistandakı Azərbaycan diasporuna ona göstərdikləri dəstəyə görə təşəkkürünü çatdırıb. Daha sonra görüş iştirakçılarının suallarını cavablandırıb.

A.Nağı qonağa QAT-ın fəxri diplomunu, Qarabağa dair kitabları, sənədli filmin diskini təqdim edib.

Qeyd edək ki, Ş.Barlas erməni millətçiləri və terror təşkilatlarının Orta Asiya və Azərbaycanda törətdikləri qanlı olaylar, Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən işğal və təcavüz siyasəti, Qarabağ müharibəsi ilə bağlı bir neçə kitabın, onlarla məqalənin müəllifidir. O, bu əsərlərinə görə öz ölkəsində ermənilərin haqsız təzyiq və təqiblərinə məruz qalıb, ermənilər hətta ona cinayət işinin açılmasına nail olublar, lakin Özbəkistan məhkəməsi ədalətli qərar çıxararaq, onu sərbəst buraxıb. Ş.Barlas Azərbaycana sıx bağlı bir insandır. Bu günlərdə növbəti dəfə Bakıya gəlib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər